1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”
Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, 18 sentyabr 2024-cü il tarixində “The Ritz-Carlton” otelində “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək.
1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un əsas mövzuları:
* “Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi”;
* “Qaz təsərrüfatında “yaşıl” və innovativ texnologiyaların tətbiqi”.
1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un məqsədi regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, qaz sənayesində olan “nou-hau”ların tədbiqinin müzakirəsi, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl” layihələri beynəlxalq arenada tanıtmaqdır.
1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 500-dən artıq deleqat iştirak edəcək.
Sizi 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da deleqat və ya sponsor qismində iştirak etməyə dəvət edirik.