“Azəriqaz” İstehsalat Birliyinin Baş Direktoru
Azər Məmmədov Vəli oğlu 18 noyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Sənaye Universitetini Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, daha sonra İspaniyanın "IE Business School"da biznesin idarə edilməsi üzrə ixtisaslaşaraq "Qlobal MBA" dərəcəsi alıb. İşlədiyi müddətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ilin mart ayından “Azəriqaz” İstehsalat Birliyinin baş direktorudur.