“Enermus” QSC şirkətinin təsisçisi və 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un Təşkilati Komitəsinin sədri
Zaur Mustafayev ali təhsilini Maliyyə ixtisası üzrə almışdır. Əmək fəaliyyəti ərzində müxtəlif yerli və beynəlxalq layihələrdə rəhbər vəzifələrdə çalışmışdır. Bir sıra xarici şirkətlərdə həmçinin "Azəriqaz" İB-də maliyyə sahəsi üzrə çalışmış, daha sonra tikinti sahəsində maliyyə müdiri vəzifəsində fəaliyyət göstərmişdir. 7 yanvar 2016-cı il tarixindən "Enermus" QSC-nin təsisçisi olmuşdur. Fəaliyyətini artıq 10 ilə yaxındır ki, bu sahə üzrə davam etdirir.